“Karyeramı bitirdim” demişdi: Türklərlə danışıq aparır
Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Mirça Luçesku “Beşiktaş”a başçılıq edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Digi Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, rumıniyalı mütəxəssis hazırda Türkiyə klubu ilə danışıqlar aparır.
Xatırladaq ki, noyabrın 3-də Luçesku “Dinamo”nun baş məşqçisi postundan getdiyini və karyerasını dayandırdığını açıqlamışdı. Mütəxəssis 2020-2023-cü illərdə kluba rəhbərlik edib.
Oktyabrda “Beşiktaş” baş məşqçisi Şenol Günəşi istefaya göndərib və bu vəzifəyə Burak Yılmazı təyin edib.
Komanda hazırda 19 xalla Türkiyə çempionatının turnir cədvəlində 5-ci yerdədir.
Aut.az
