Dünya cempionatı

Serial çəkirlər: Orada deyəcək ki…

PSJ-nin hücumçusu Kilian Mbappe haqda serial çəkiləcək.

Aut.az xəbər verir ki, çəkilişlər 24 yaşlı futbolçunun mövsümöncəsi məşqi zamanı başlayacaq. Çəkiliş qrupu onun Olimpiada və AVRO-2024-dəki çıxışlarını da lentə alacaq. Serialda Fransa millisinin kapitanının 2024-cü ilin yayında edəcəyi klub seçimindən də bəhs olunması nəzərdə tutulub.

Serialın gələn ilin avqustunda yayımlanması planlaşdırılır.