Dünya cempionatı

Musiala Almaniya yığmasının tarixinə düşdü

“Bayern Münhen”in futbolçusu Camal Musiala 64 ildən sonra Almaniya millisinin tarixinə düşüb.

Aut.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatının I turunda Yaponiyaya qarşı matçda meydana çıxmaqla nail olub.

 

Musiala 19 yaş 270 günündə mundialda iştirak edib.

O, 1958-ci ildə bunu bacaran Karl-Haynts Şnellingerdən (19 yaş 72 gün) sonra ən gənc oyunçu ünvanına sahib çıxıb.