Məşhur futbolçu bu klubu aldı
Fransalı yarımmüdafiəçi N’Qolo Kante tezliklə Belçikanın “Virton” klubunun sahibi olacaq.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri “Tvitter” səhifəsində yazıb.
Mənbənin sözlərinə görə, Kante artıq ötən ilin sonunda klubun infrastrukturunu dəyərləndirib və hazırkı sahibinə komandanı almaq üçün yaxşı təklif edib. Hazırda “Virton”un sahibi olan Flavio Becca bütün hüquqi məsələləri həll etməlidir. Artıq satış prosesi ilə bağlı Belçika Futbol Federasiyası məlumatlandırılıb.
“Virton” Belçika çempionatının ikinci divizionunda çıxış edir.
Kante özü “Çelsi”si ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. Şayiələrə görə, yarımmüdafiəçi Səudiyyə klublarından birinə keçməyə yaxındır.
Aut.az
