La Liqa klubunda baş məşqçi ilə yeni müqavilə
İspaniyanın “Valensiya” klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.
Aut.az “yarasalar”ın rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Baraxa fevralda baş məşqçi təyin olunmuşdu. Onun sözləşməsi ötən mövsümün sonuna kimi idi.
“Valensiya” La Liqada geridə qalan mövsümü 42 xalla 16-cı pillədə başa vurub.
