Texniki məğlubiyyət verildi, rəqibi elitaya yüksəldi
Fransa Liqa 2-nin son turuna kimi elitaya yüksəlmək şansı olan “Bordo” klubuna texniki məğlubiyyət verilib.
Aut.az xəbər verir ki, elitaya yüksəlmək uğrunda “Bordo” ilə “Rodez” komandaları arasında keçirilən pley-off matçında rəqib komandanın vurduğu qol sonrası azarkeşlərdən biri meydana daxil olaraq, futbolçuya xəsarət yetirib. Bundan sonra oyun yarımçıq dayandırılmışdı. Ölkənin futbol qurumu bu gün qərarını açıqlayıb və komandaya texniki məğlubiyyət verib. Belə olan halda, “Rodez” Liqa 1-ə vəsiqə qazanıb.
