İngiltərə

Ançelotti məhkəməyə müraciət etdi

Karlo Ançelotti “Everton”u məhkəməyə verib.

Aut.az “The Guardian”a istinadən xəbər verir ki, Ançelottinin “Everton”a qarşı iddiası ötən cümə günü London Ali Məhkəməsində qeydə alınıb. Şikayət “ümumi kommersiya tənzimləmələri” ilə bağlıdır.

Baş məşqçinin keçmiş klubu ilə bağlı konkret hansı iddialar irəli sürdüyü barədə məlumat verilmir. İtalyanın vəkilləri vəziyyəti şərh etməyib, “Everton” da “The Guardian”ın sorğusuna cavab verməyib.

Karlo Ançelotti iki il klubda qaldıqdan sonra 2021-ci ildə “Everton”dan ayrılıb.

Aut.az