İtaliya

Berluskoni öldü

İtaliyanın keçmiş baş naziri, “Montsa” klubunun prezidenti Silvio Berluskoni 86 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, İtaliya mətbuatının verdiyi məlumata görə, o, Milanda yerləşən San Raffaele xəstəxanasında dünyasını dəyişib.

Aprel ayında o, əvvəllər açıqlanmayan xroniki leykemiya xəstəliyi ilə əlaqəli ağciyər infeksiyasına görə müalicə almışdı.

Berluskoni ilk dəfə 1994-cü ildə vəzifəyə gəlib və 2011-ci ilə qədər dörd hökumətə rəhbərlik edib.