Musayev “Qarabağ”ı təriflədi, etiraf etdi ki, Qurban Qurbanovun yanında…
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müsahibəsində Azərbaycan futbolunun səviyyəsi haqda danışıb.
Aut.az xəbər verir ki, Musayev yenə də “Qarabağ”ı xüsusi fərqləndirib:
“Ən parlağı “Qarabağ”ın oyunudur. Komandanın dəyəri 15 milyondur və avrokuboklarda mümkün qədər soyuqqanlı oynayır: “Ferentsvaroş”, “Sürix”, “Nant”, “Olimpiakos” üzərində qələbələr. Az qala “Gent”i də keçirdilər. İlk görüşdə 1:0 hesabı ilə qalib gəldilər, üstün oldular, ikinci oyunda penaltilərdə uduzdular. Təəccüblü deyil ki, Talalayev, Kaleşin Qurban Qurbanovun yanında təcrübə keçmək istədiklərini deyirlər”.
Musayev “bəs siz” sualına belə cavab verib:
“Bizim çox yaxşı münasibətimiz var. Amma indi biz rəqibik və bu, mümkün deyil. Gələcəkdə onun içəridə necə işlədiyini görmək istərdim”.
Aut.az
