Balottelli bu klubla anlaşdı
İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli A Seriya klubuna keçməyə yaxındır.
Aut.az xəbər verir ki, bu barədə “Sport Mediaset” məlumat yayıb.
34 yaşlı hücumçu “Genoa” ilə müqavilənin şərtlərini demək olar ki, razılaşdırıb. Tərəflər 2025-ci ilin iyun ayına qədər müqavilə bağlamağa yaxındırlar.
Balotellinin karyerasındakı son klubu “Adana Dəmirspor” olub. Türkiyə təmsilçisindən ayrıldıqdan sonra italyan azad agent statusunda qalıb.
Aut.az
