Zorakılıq, təhdid, xəsarət: Polisə şikayət edildi
Braziliyalı DJ Qabriela Kavallin “Mançester Yunayted”in oyunçusu Antonidən polisə şikayət edib.
Aut.az xəbər verir ki, Qabriela futbolçunu zorakılıq, təhdid və bədənə xəsarət yetirməkdə ittiham edir. Bu barədə “Globo” məlumat yayıb.
Qadın bazar ertəsi San-Paulo polis idarəsinə şikayət edib. İddialara görə, hadisə may ayında baş verib. Qabriela həmçinin təcili müdafiə tədbirləri və məhkəmə-tibbi ekspertiza tələb edib. Qeyd olunur ki, Kavallin şikayətə sıyrıqların fotolarını və təhdid mesajlarını əlavə edib.
Aut.az
