“Yuve” Superliqadan imtina etdi: Onlara məktub göndərdi
“Yuventus” Avropa Superliqasını təşkil etmək planlarından imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Bildirilir ki, Turin klubu layihədən çıxmaq qərarına gəlib və artıq onun digər müəllifləri olan “Real” və “Barselona”ya bu istiqamətdə əməkdaşlığı dayandırmaq üçün məktub göndərib.
Bürokratik proses bir neçə həftə çəkəcək, lakin Superliqadan imtina qərarı qətidir.
“Yuventus” 2021-ci ilin aprelində Superliqanın yaradılmasını elan edən 12 klub arasında idi. Turnirin təsisçilərinin çoxu həmin ay layihədən çıxdı.
Aut.az
