Azərbaycan futboluSeçmə

“Qəbələ”ni ərəblərə dəyişir

Daha bir futbolçu “Qəbələ”ni tərk edəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, komandanın əsas qol silahlarından olan Ramon Maçado əyalət təmsilçisinin yeni müqavilə təklifini rədd edib. Buna səbəb braziliyalı forvardın Asiyadan təkliflər almasıdır. 32 yaşlı futbolçu ərəb klublarının maraq dairəsindəndir.

Ötən ilin yayında “Qəbələ”yə transfer edilən Maçado bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 10 qol və 4 asistlə yadda qalı.b

Qeyd edək ki, “qırmızı-qaralar” rəsmən Məqsəd İsayevin ayrılığını açıqlasa da, Rafael Utsiq də komandanı tərk edib.

Aut.az

"Qəbələ"ni ərəblərə dəyişir