İngiltərə

Gündoğan tarixə düşdü

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündloqan İngiltərə Kubokunun finalında “Mançester Yunayted”ə ilk dəqiqədə (14-cü saniyə) vurduğu qolla tarixə düşüb.

Aut.az xəbər verir ki, bu, turnirin tarixində ən erkən qoldur. Bundan əvvəl fransalı Lui Saha turnirin həlledici matçında ən sürətli qolun müəllifi hesab olunurdu.

O, 2009-cu ildə “Everton”da oynayarkən “Çelsi”yə 25-ci saniyədə qol vurmuşdu.

Gündoğan tarixə düşdü

Aut.az