İngiltərəAvropa Liqası

“Kişi söz verdi, kişi əməl etdi” – FOTO

 “Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”i məğlub edərək (1:0) uzunmüddətli kuboksuz seriyasını qırıb.

Aut.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın çoxdan gözlənilən uğurunu qeyd edən futbolçular və azarkeşlər emosiyaya qapılıblar.

Hətta futbolçular baş məşqçi Anje Postekoğlunun vədi ilə bağlı banner də hazırlayıblar. Postekoğlu daha əvvəl demişdi ki, çalışdığı hər bir komandada ikinci ildə kubok qazanır.

O, bu vədini oyundan əvvəl də xatırlatmışdı. Futbolçuların hazırladığı bannerdə bu amil nəzərə alınaraq belə yazılıb: “Kişi söz verdi, kişi əməl etdi”.

“Kişi söz verdi, kişi əməl etdi” - FOTO

Aut.az