Londona gəldi, danışıqlar başladı
İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike “Çelsi” ilə danışıqlar aparmaq üçün Londona gəlib.
Aut.az xəbər verir ki, London klubunun rəhbərliyi Enrikeni istefaya göndərilmiş Qrem Potterin yerinə ən uyğun namizəd görür. İspan mütəxəssislə klub arasında artıq vasitəçilər sayəsində əlaqə yaradılıb, lakin indi “Çelsi” Enrike və onun nümayəndələri ilə şəxsi danışıqlar aparacaq. Bu barədə 90min. məlumat yayıb.
Qrem Potter İngiltərə Premyer Liqasının 29-cu turunda “Aston Villa” ilə oyundan (0:2) sonra istefaya göndərilib. Qətərdə keçirilən dünya çempionatından sonra İspaniya yığmasının baş məşqçisi postunu tərk edən Enrike, son açıqlamalarında İngiltərə Premyer Liqasında çalışmaq arzusunda olduğunu gizlətmirdi.
Klub səviyyəsində Luis Enrike İspaniyanın “Selta” və “Barselona” klublarında çalışıb, həmçinin İtaliya “Roma”sına rəhbərlik edib.
Aut.az
