Ər-Riyadın gecə həyatı onu da, ailəsini də heyrətləndirib
Kriştiano Ronaldo Ər-Riyadın gecə həyatını tərifləyib.
“Səudiyyə Ərəbistanına gəlmək və yerli mədəniyyətlə tanış olmaq çox maraqlı idi. Səudiyyəlilərin canlı gecə həyatı var, mən bunu xüsusilə əyləncəli və maraqlı hesab edirəm. Bu zaman şəhər çox gözəl olur.
Əgər yemək həvəskarısınızsa, Ər-Riyad keyfiyyətli restoranlar baxımından ən yaxşı yerlərdən biridir. “Boulevard World”-ə (dünyanın müxtəlif yerlərinin nüsxələri olan əyləncə kompleksi) baş çəkərkən heyrətləndim. Bütün ailə ora getmişdik.
Fantastik təcrübə idi. Ailəm sadəcə xoşbəxtdir. Uşaqlar üçün çox yaxşı məktəblər, ölkənin hər yerində çoxlu yeni binalar var. Mən yeni bir şey kəşf etməyi xoşlayıram, ona görə də buradayam”, – Ronaldo deyib.
38 yaşlı portuqaliyalı hücumçu “Əl-Nasr”ın heyətində ilk mövsümünü başa vurub.
Aut.az
