Finalissima ləğv edildi
Argentina və İspaniyanın iştirakı ilə planlaşdırılan Finalissima ləğv edilib.
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat verib.
Mənbənin məlumatına görə, 27 martda Qətərin Doha şəhərindəki “Lusail” stadionunda keçirilməsi planlaşdırılan matç Yaxın Şərqdəki vəziyyətə görə ləğv edilib. Rəsmi açıqlama yaxın saatlarda veriləcək.
Daha əvvəl Qətər Futbol Assosiasiyasının (QFA) mətbuat xidməti bütün futbol turnirlərinin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlamışdı.
Argentina milli komandasının bu oyunda hazırkı dünya çempionu və Cənubi Amerika Kubokunun sahibi, İspaniya milli komandasının isə hazırkı Avropa çempionu kimi iştirak etməsi planlaşdırılırdı.
Aut.az
