3-cü liqa klubunda
“Fənərbağça”nın sabiq futbolçusu Nabil Dirar karyerasını Danimarkada davam etdirəcək.
Aut.az xəbər verir ki, ötən ilin noyabrından klubsuz olan 37 yaşlı cinah oyunçusu “İshoy”a keçib. Bu barədə 3-cü liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dirar Danimarka təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Mərakeşli oyunçu daha əvvəl “Brügge”, “Monako”, “Fənərbağça” kimi klublarda top qovub.
