Dünya futbolu

Okeanın o tayında format dəyişdi: bu ölkədə keçiriləcək

2024-cü ildə keçirləcək Kopa Amerika Tunirini qəbul edəcək ölkənin adı məlum olub.

Aut.az xəbər verir ki, turnir ilk dəfə Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) regionunu əhatə edəcək. Yarış ABŞ-da təşkil ediləcək.

Turnirdə 16 milli komanda mübarizə aparacaq. Bunların 10-u CONMEBOL-u, 6-sı isə KONKAKAF-ı təmsil edəcək.

Son qalibi Argentina millisi olan turmir, əvvəllər, ancaq Cənubi Amerika təmsilçiləri arasında keçirilirdi. Konfederasiyalar arasında anlaşmaya əsasən, bundan sonra KONKAKAF-a üzv olan ölkələr də bu yarışda iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ 2026-cı ildə Kanada və Meksika ilə birlikdə dünya çempionatını qəbul edəcək.