Dünya futbolu

Bu ölkə Fransaya “yox” dedi – Messiyə görə

Futbol üzrə Fransa Superkuboku baş tutmaya bilər.

Aut.az xəbər verir ki, buna səbəb görüşün keçirilməsi üçün əvvəlcədən razılıq verən Tailandda hökumətin fikrini dəyişdirməsi olub.

Fransa Futbol Federasiyas superkubok matçının tarixini dəyişdirməyə hazırlaşır. Görüşün qış aylarında ərəb ölkərinin birində keçirilməsi variantı var.

Fransa mətbuatı iddia edir ki, Lionel Messi və Neymarın klubu tərk edəcəyini nəzərə alaraq belə qərar verilib. Tailand hökuməti bu vəziyyətdə bilet satışının və reklam gəlilərlərinin aşağı olacağından ehtiyat edirlər.

Qeyd edək ki, Tailanddakı görüşün avqustun 5-də keçirilməsi planlaşdırılırdı.