Çempionlar LiqasıDünya futbolu

“Kayrat”ı ÇL-in liqa mərhələsinə Ceniffer Lopes çıxarıb?

“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin, klubun Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə əldə etməsindəın sonra Qazaxıstandakı stadionların və meydançaların keyfiyyətini tənqid edib.

Aut.az xəbər verir ki, Urazbaxtin bu barədə QAZSPORT-a müsahibəsində bildirib.

– Həmkarınız, “Seltik”in baş məşqçisi Brendan Rocers komandasının məğlubiyyətini meydançanın keyfiyyətsizliyi ilə əlaqələndirir. Bu haqda nə deyirsiniz?

– Bəlkə də, bəli. Meydançanın keyfiyyəti, demək olar ki, zəifdir. Mövsümün əvvəlində meydança Qazaxıstanın ən yaxşılarından biri idisə, indi bunu deyə bilmərəm. Bəli, bəlkə də meydança bizə müəyyən mənada kömək etdi, çünki meydança Qlazqodakı kimi keyfiyyətdə olsaydı – və orada ot mükəmməldir, top çox tez hərəkət edir – bizim üçün daha çətin olardı. “Seltik” topa nəzarət etməyi, sürətli ötürmələrlə oynamağı sevən komandadır. Bu baxımdan, bəli, onlar üçün daha çətin idi. Sadəcə belə oldu, nə edə bilərsən?. Ola bilsin ki, Cennifer Lopesin burada keçirilən konserti müəyyən iz buraxıb. Aqronomla danışdım, deyir ki, meydança artıq on ildir oradadır. Vaxt yaxınlaşır: onu kəsib yenidən əkmək lazımdır. Təəssüf ki, belə imkan yoxdur. İndi üç həftəlik fasilə olacaq – o, meydança ilə nəsə etməyə çalışacaq. Otu dartsan, bitməz (gülür) . Bu vaxt tələb edir.

Amma meydançaların keyfiyyətinə diqqət yetirməliyik, çünki Qazaxıstanda meydançalar keyfiyyətsizdir. Əgər biz avrokuboklarda yaxşı səviyyədə oynamaq istəyiriksə, təbii ki, hər şeyi – həm stadionları, həm də meydançaları yaxşılaşdırmalıyıq. Orada hər şey bir zəncirlə gedir. Bu, sadəcə bir məqam deyil – bizə yalnız sahəni yaxşılaşdırmaq lazımdır. Bu, sistemli işdir və dövlət səviyyəsində olmalıdır. Qlazqoda idik: 50-60 minlik stadion var və onların hər həftə, hətta həftədə iki dəfə matçları olur. Təsəvvür edirsiniz, bu, insanlar üçün necə bir bayramdır? Niyə bunu biz edə bilmirik? Niyə daha pisik? Biz niyə belə bərbad meydançalarda oynayırıq? Sadəcə, rəhbərlərimizin hara baxdığını bilmirəm. Ola bilsin ki, uğurlarımız müəyyən əlavə təkan verər ki, dövlət futbola, stadionların, meydançaların inkişafına diqqət ayırsın”, – Urazbaxtin bildirib.

Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsində “Kayrat” Şotlandiyanın “Seltik”inə qalib gəlib (0:0, 0:0, penaltilər seriyasında 3:2).

Aut.az