Santuş mətbuat önünə çıxacaq, heyəti açıqlayacaq
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib.
Aut.az xəbər verir ki, tədbir avqustun 29-da baş tutacaq.
Saat 11:00-da AFFA-nın inzibati binasında portuqaliyalı mütəxəssis media önünə çıxacaq.
Mətbuat konfransında millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
