“Milan” Şerifi hədəf aldı
“Anje”nin hücumçusu Sidiki Şerif gənc hücumameyilli futbolçu axtarışında olan İtaliyanın “Milan” klubunun diqqətini çəkib.
Aut.az xəbər verir ki, klub Fransa liqasının ən perspektivli oyunçularından sayılan 18 yaşlı futbolçunu hədəf alıb. Bu barədə jurnalist və insayder Nikola Şira sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Milan”ın skautlar şöbəsi cari mövsümün əvvəlindən Şerifin çıxışını izləyir. Gənc oyunçu potensial gələcək transfer kimi görünür. Onun “Anje” ilə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Bu mövsüm Sidiki Şerif Fransa çempionatında 14 matçda meydana çıxıb və 3 qol vurub. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 2 milyon avro qiymətləndirilir.
Aut.az
