Azərbaycan futbolu

Turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının XXXIV turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

Aut.az xəbər verir ki, ən yüksək göstərici Bayılda qeydə alınıb. “Qarabağ”ın “Səbail”i məğlub edərək (3:0) çempionluğunu təmin etdiyi görüşü 2000 azarkeş tribunadan izləyib.

Digər yüksək göstərici “Sumqayıt” – “Sabah” görüşündə olub. Qonaqların 4:0 hesablı darmadağını ilə başa çatan oyunu 1300 fanat izləyib.

Turun görüşlərində ümumilikdə 4950 azarkeş stadionda olub.

Premyer Liqa
XXXIV turun oyunlarında azarkeş sayları:

Zirə – Kəpəz – 1:1 (600 azarkeş)
Qəbələ – Turan Tovuz – 1:2 (450 azarkeş)
Səbail – Qarabağ – 0:3 (2000 azarkeş)
Neftçi – Şamaxı – 1:1 (600 azarkeş)
Sumqayıt – Sabah – 0:4 (1300 azarkeş)