Almaniya

Saxlayırlar, yoxsa qaytarırlar?

“Bavariya”nın idman direktoru Həsən Salihamiciç “Mançester Siti”dən icarəyə götürülən müdafiəçi Joao Kanselonun gələcəyi ilə bağlı danışıb.

“Kanselo top futbolçudur. Möhtəşəm texnikası Onun oyunundan zövq alırsan. Onun bizimlə olmasına çox şadıq.

70 milyona satın almaq variantı? Hələ heç nəyə qərar verməmişik. Mövsümün sonunda bu barədə düşünəcəyik”, – Salihamiciç “Abendzeitung”a bildirib.

Kanselo bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az