Prezidentlə fanatın söhbəti: Hakimləri almağı dayandırın
“Barselona”nın prezidenti Joan Laporta Barselonada keçirilən tennis turniri zamanı azarkeşlərdən biri ilə hakimlərin ələ alınması məsələsi ilə bağlı söhbət edib.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Azarkeşin sualları sərt olsa da, söhbətin sakit məcrada getdiyi bildirilir:
Azarkeş: Laporta, hakimləri almağı dayandır.
Laporta: Mən heç kimi almıram.
Azarkeş: Hakimləri almağı dayandırın.
Laporta: “Barselona” hakimləri almır
Azarkeş Bu, Madrid fırıldağıdır?
Laporta: Bu manipulyasiyadır.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə korrupsiyada şübhəli bilinir. Klub iddia edir ki, bütün ödənişlər yalnız konsaltinq xidmətləri ilə bağlı olub və Neqreyra 7,3 milyon avro alıb.
Aut.az
