İspaniya

Ançelotti onunla bağlı qərar verdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti icarə əsasında komandada çıxış edən qapıçı Kepa Arrizabalaqa daimi olaraq transfer edilməsini istəyir.

Aut.az xəbər verir ki, bu barədə Relevo məlumat yayıb.

Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis Madrid klubunun rəhbərliyini transferin mümkünlüyünə inandırmaq üçün hər şeyi edəcək. Belə bir halda Kepanın Tibo Kurtuadan sonra komandanın ikinci qapıçısı olacağı, Andrey Lunin isə Madrid klubunu tərk edəcəyi qeyd edilir.

Bu mövsüm Kepa “Real”ın heyətində bütün yarışlarda 12 oyun keçirib və 9 qol buraxıb. Futbolçunun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 18 milyon avrodur.

Xatırladaq ki, Kepa dizindən aldığı zədə səbəbindən mövsümü başlamamış baş vuran Tibo Kurtuanı əvəzləmək üçün icarəyə götürülüb.