İspaniya

“Real” bu 3 futbolçunun satışından 100 milyon qazanmaq istəyir

“Real Madrid” bu yay oyunçularının satışından əhəmiyyətli dərəcədə qazanc əldə etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “Diario AS”ın məlumatına görə, “kral klubu” hücumçu Qonsalo Qarsiya, sol cinah müdafiəçisi Fran Qarsiya və mərkəz müdafiəçisi Raul Asensio ilə yollarını ayırmağa hazırdır.

Klub rəhbərliyi bu üçünün satışından ümumilikdə 100 milyon avro qazanmağı planlaşdırır.

“Transfermarkt” portalı oyunçuların dəyərini daha az qiymətləndirir: saytın mütəxəssislərinin fikrincə, 22 yaşlı Qonsalo Qarsiyanın qiyməti 30 milyon avro, 26 yaşlı Fran Qarsiyanın və 23 yaşlı Raul Asensio isə müvafiq olaraq 10 və 20 milyon avrodur.

Aut.az