Azarkeşlər “İsrail qatildir” qışqırdılar: O, meydana çıxanda
“Sevilya” azarkeşləri “Vilyarreal”ın israilli futbolçusuna etiraz ediblər.
Komandalar La Liqanın 6-cı turu çərçivəsində qarşılaşıblar. “Ramon Sançes Pisxuan” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Aut.az xəbər verir ki, matçın 84-cü dəqiqəsində qonaqların israilli cinah oyunçusu Manor Solomon meydana daxil olduqdan sonra ev sahibi azarkeşlər “İsrail qatildir!” şüarları səsləndirməyə başlayıblar.
İki dəqiqə sonra Solomon qələbə qolunu vurub.
Oyundan əvvəl “Sevilya”nın ultras qrupu “Biris Norte” sosial şəbəkədə yazmışdı: “Evimizə soyqırım müdafiəçisi gəlir. Bizim mövqeyimiz aydındır: Nervionda sionistlərə yer yoxdur!”
Manor Solomon yay transfer pəncərəsi ərəfəsində “Tottenhem”dən icarə əsasında “Vilyarreal” a keçib.
Aut.az
