Dünya futbolu

“Əl-Nəsr”dən Mourinyoya təklif:  2 illik müqaviləyə görə…

Joze Mourinyodan “Əl-Nəsr”dən fantastik təklif alıb.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Moourinyoya iki mövsüm üçün 100 milyon avroluq müqavilə təklif olunub.

Bu müqavilə, portuqaliyalı mütəxəssisə dünyanın ən yüksək maaşlı məşqçisi olmağa imkan verəcəkdi.

Bununla belə, nəşrin məlumatına görə, Mourinyo bütün diqqətini “Roma”da işləməyə cəmlədiyini və klubda qalmaq niyyətində olduğunu açıqlayıb.

Daha əvvəl bildirilmişdi ki, “Əl-Nəsr” Rudi Qarsiyanı qovmaq istəyir, çünki Kriştiano Ronaldo mütəxəssisin işindən narazıdır. Portuqal hesab edir ki, “Əl-Nəsr” daha yüksək səviyyədə oynamağa və kuboklar uğrunda mübarizə aparmağa qadirdir.

Aut.az