Dünya futbolu

Mbappe: Ocağın üstünə yağ tökmək istəmirəm

PSJ-nin hücumçusu Kilian Mbappe gələcək taleyiylə açıqlama verib.

Aut.az xəbər verir ki, fransalı forvard Paris klubundan mümkün ayrılığını müzakirə etmək fikrində olmadığını bildirib:

“Əsas futbol oynamaqdır, siz – media qalanın yaxşı edirsiniz. Mən bu haqda danışıb ocağın üstünə yağ tökmək istəmirəm. Düşünürəm ki, həddin artıq çox müzakirə var”.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda bitəcək. Onun “Real”la danışıqlar apardığı iddia edilir.

Bu mövsüm o, parislilərin heyətində ümumilikdə 19 oyun keçirib, 20 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az