“Tülkülər”ə hiyləni o başa salacaq – Con Terri də…
Premyer Liqa klubu “Lester”in yeni baş məşqçisi bəlli olub.
Aut.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı mövsümün sonuna qədər Din Smit çalışdıracaq.
Din daha əvvəl “Aston Villa” və “Brentford”da işləyib. Bu mövsüm “Norviç”i çalışdırıb.
Dinin məşqçilər heyətinə “Çelsi”nin sabiq müdafiəçisi Con Terri də daxildir.
Qeyd edək ki, “tülkülər” uğursuz çıxışa görə Brendan Rocersi istefaya göndərmişdi.
Aut.az
