Onunla bağlı bəyanat yaydılar – “Çelsi”nin sahibləri
“Çelsi”nin sahibləri Frenk Lempardın baş məşqçi təyin olunmasını şərh ediblər.
Aut.az xəbər verir ki, “mavilər” bu gün klubun sabiq oyunçusunu mövsümün sonuna qədər baş məşqçi səlahiyyətlərinin icraçısı təyin ediblər.
“Biz Frenki yenidən “Stemford Bric”də salamlamaqdan məmnunuq. Frank Premyer Liqanın Şöhrət Zalının üzvü və klubun əfsanəsidir.
Daimi baş məşqçi axtarışlarımızı ciddi şəkildə davam etdirərək, kluba və tərəfdarlarımıza mövsümün qalan hissəsi üçün aydın və sabit plan vermək istəyirik. Biz uğur qazanmaq üçün hər cür şansı əldə saxlamağa çalışırıq. Frenk bizi mövsümün sonuna uğurla çatdırmaq üçün lazım olan bütün xüsusiyyətlərə və keyfiyyətlərə malikdir.
Şənbə günü “Vulverhemton”a qarşı vacib oyunumuz olacaq və bundan sonra bütün diqqətimizi Çempionlar Liqasının 1/4 finalına yönəldəcəyik. Qalan bütün oyunlarda ən yaxşı nəticəni əldə etmək üçün hamımız Frenki tam dəstəkləyəcəyik”, – Todd Bouli və Behdad Eqbali birgə bəyanatda bildiriblər.

Aut.az
