“Yunayted” türk ulduzu hədəf aldı
“Yuventus”un hücumçusu Kənan Yıldız İngiltərə Premyer Liqasına keçə bilər.
Aut.az xəbər verir ki, “ManUtd Addicts”in məlumatına görə, “Mançester Yunayted” 20 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
“Qırmızı şeytanlar” bir müddətdir ki, cinah oyunçusunun vəziyyətini izləyir. Kənan Yıldız 2022-ci ildə “Bayern”dən “Yuventus”a pulsuz keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Bu mövsüm türk oyunçu Turin klubunun heyətində bütün yarışlarda 30 oyunda iştirak edib, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib.
“Transfermarkt” Yıldızın dəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Aut.az
