İspaniya

Prokurorlara saxta sənədlər göndərib

La Liqanın rəhbəri Xavyer Tebas “Neqreyra işi” ilə bağlı  prokurorlara saxta sübutlar təqdim edib.

Aut.az xəbər verir ki, bu barədə “La Vanguardia” məlumat yayıb. Bildirilir ki, fevral ayında La Liqanın prezidenti prokurora məktub göndərərək “Barselona”nın keçmiş direktoru Kontrerasın evindən tapılan əlyazma sənədi əsasında klubun keçmiş prezidentləri – Xosep Mariya Bartomeu və Sandro Roseli ittiham edib.

Lakin bu sənəd başqa bir işdən – İspaniya Kral Futbol Federasiyasının vəsaitlərdən sui-istifadə etməsindən bəhs edir. Tebas sənəddəki adları “Barselona”nın keçmiş prezidentləri və Xose Mariya Enrikes Neqreyraya ödəmələrlə əlaqələndirib.

Vəziyyətə Kontreras ailəsi tərəfindən aydınlıq gətirilib: sənəd 20 il əvvəl yazılıb və orada göstərilən adlar “Barselona”nın sabiq prezidentləri və hakimlər komitəsinin keçmiş vitse-prezidenti ilə bağlı deyil. Orada Kontrerasın şirkətlərinin keçmiş mühasibi Ramon Roselin və bank işçisi Xose Marianın adı çəkilir.

Tebasın özü bildirib ki, göndərdiyi sübutlarda heç kimə qarşı ittiham irəli sürülmür.

Aut.az