Əvvəl “geyəm” dedi – İndi isə videosu yayıldı
İker Kasilyas yenidən sosial şəbəkələrin qəhrəmanına çevrilib.
Aut.az xəbər verir ki, bir neçə ay əvvəl gey olduğunu deyən sabiq qapıçının indi əkiz qızlarla videosu yayılıb.
Onun xanımlarla rəqsi gündəmi zəbt edib. Pərəstişkarları video ətrafında geniş müzakirə açıblar. Çünki payızdakı müzakirələrdən sonra onun gey olduğunu düşünürdülər.
“Real”ın və İspaniya millisinin əfsanəsi sosial şəbəkələrdə həmkarı Karles Puyolla münasibəti haqda yazmışdı. Puyolun həmin paylaşıma reaksiyası da olmuşdu. Sabiq barselonalı qırmızı ürək smaylı atmış və əlavə olaraq, “Bizim haqqımızda danışmağın vaxtı gəldi, İker” deyə şərhində bildirnişdi.
Lakin bir saat sonra Kasilyas bu postu sildi və hesabının sındırıldığını yazdı.
