Dünya futbolu

Mustafayev oynadı?

Aut.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Vorskla”nı qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

“Aleksandriya” hazırda 31 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.