Rusiya rəzil durumda: Qarşılaşacaqları ölkə 6 futbolçu ilə gəlir
Rusiya millisinin məşqçisi Viktor Onopko Bruneyin Krasnodara yalnız altı əsas oyunçu ilə uçması xəbərinə reaksiya verib.
Aut.az xəbər verir ki, Bu barədə baş məşqçi Vinisius Eutropio məlumat verib. O, qalan futbolçuların gənclərdən ibarət olduğunu deyib.
-Bruney millisinin baş məşqçisi deyib ki, Rusiyaya yalnız altı əsas oyunçu gedib, qalanları isə gənclərdir.
-Bu barədə heç nə bilmirdim. Bu, onların problemidir, planımıza uyğun hazırlaşırıq.
– Bu, vəziyyəti daha da acınacaqlı edir?
– Niyə? Biz nə edə bilərik? Oyuna getmirsən, imtina edirsən? Bəlkə onlara öz oyunçularımızı verməliyik? Biz hazırlaşır, meydana çıxır və işimizi görürük – Onopko deyib .
Rusiya – Bruney oyunu noyabrın 15-də keçiriləcək.
Aut.az
