İngiltərə

“Qəbələ”nin sabiq baş məşqçisi: Yalnız Messi ondan üstündür

“Arsenal”ın keçmiş müdafiəçisi Toni Adams hesab edir ki, hazırda yalnız PSJ-nin hücumçusu Lionel Messi London klubunun hücumçusu Bukayo Sakudan üstündür.

“Hazırda dünya futbolunda həm qol vuran, həm də məhsuldar ötürmə verən ən yaxşı oyunçu Lionel Messidir. Bukayo, sadəcə alovdur və “Arsenal”ın turnir cədvəlinin başında olmasının səbəbi budur. Bukayo, şübhəsiz ki, ilin futbolçusudur, çünki o, İngiltərənin dünya kubokunda ən yaxşı oyunçusu idi və o, “Arsenal”ın d ən yaxşı oyunçusudur”, – deyə “Marca” “Qəbələ”nin sabiq baş məşqçisindən sitat gətirib.

Saka bu mövsüm liqada 28 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

“Qəbələ”nin sabiq baş məşqçisi: Yalnız Messi ondan üstündür

Aut.az