İlk yarımfinalçı “Barselona” oldu
Martın 29-da qadınlar arasında Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə “Roma” arasında cavab oyunu keçirilib.
Aut.az xəbər verir ki, qarşılaşma İspaniyanın “Ciutat Esportiva Joan Gamper” stadionunda keçirilib. Oyun 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
“Barsa” ilk görüşdə də minimal hesabla qalib gəlmişdi.
Xatırladaq ki, kubokun hazırkı sahibi “Lion”dur, keçən il fransızlar finalda katalonları məğlub etmişdilər. Fransa klubu turnir tarixinin ən titullu klubudur.
İyunun 3-də Eyndhovendə qadınlar arasında Çempionlar Liqasının finalı keçiriləcək.
Aut.az
