Çempionlar Liqası

Mahirin komandasının oyunu təxirə salındı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo”nun (Xorvatiya) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Yunanıstan klubu AEK ilə ilk oyunu təxirə salınıb.

Aut.az Zaqreb klubunun rəsmi saytına istinadən xəbər verir ki,buna səbəb iki komanda azarkeşləri arasında baş vermiş iğtişaşdır.

Yunanıstanda baş vermiş bu hadisə meydan sahiblərinin bir azarkeşinin ölümünə səbəb olub. Nəticədə, UEFA qarşılaşmanın bu gün keçirilməməsini qərara alıb.

Həmçinin, komandalar arasında hər iki oyun azarkeşsiz baş tutacaq.