Basketbol

Azərbaycan millisinin rəqibləri bəlli oldu

Basketbol üzrə kişilərdən ibarət milli komandamızın 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələ oyunlarında qarşılaşacağı rəqiblər bəlli olub.

Aut.az xəbər verir ki, Münhendə keçirilmiş püşkatma nəticəsində millimizin A qrupunda İsveçrə, Kosovo və İrlandiya ilə mübarizə aparacağı dəqiqləşib.

Qrup matçları dairəvi sistemlə keçiriləcək. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi, 2025 -ci ilin yayında baş tutacaq Dünya çempionatının ilkin təsnifat mərhələsinin ikinci mərhələsinə yüksələcək.

Təsnifat mərhələsinin ilk qrup matçları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.