Dünya futbolu

Yığmamızın qolkiperi İspaniyada kubok qazandı

Azərbaycanlı qapıçı Eldar Tağızadə iyuldan formasını geyindiyi İspaniyanın “Luqo” klubunda debüt edib.

Aut.az xəbər verir ki, Tağızadə “Luqo”nun ikinci komandasının heyətində “Viveyro”ya qarşı oynayıb. O, komandası 0:1 hesabı ilə məğlub durumda olarkən meydana çıxıb. Sonda isə “Luqo” B 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, ötən gün isə U-21 yığmamızın qolkiperi “Luqo”nun əsas komandası ilə “Vila de Foz” kubokunu qazanıb. Eldarın komandası finalda “Kompostela”ya qalib gəlib (1:1, penaltilərlə 3:1). Tağızadə meydana çıxmasa da, adı iştirak ərizəsinə daxil edilib.