“Liverpul”un və İngiltərə millisinin əfsanəvi futbolçusu Stiven Cerrard Çempionlar Liqasının finalına – “Real”la oyuna bir neçə gün qalmış “Liverpul”un baş məşqçisi Yurgen Kloppla necə qarşılaşdığını açıqlayıb. Görüş pivə qonaqlığı ilə başa çatıb.
“Klopp itini gəzdirirdi, mən isə dostlarımdan biri ilə küçə kafesində oturub pivə içirdim. Final qarşılaşmasına bir, bəlkə də iki gün qalırdı. Ona uğurlar arzuladım. Fikirləşdim ki, o, öz işi ilə məşğul olacaq, amma mənə dedi: “Yox, yox, yox. Bara get və mənə bir bakal pivə götür”. O, iti səbirlə gözləyərkən iki-üç bakal içdi və bir-iki siqaret çəkdi. Yəqin ki, bir saatdan çox danışdıq.
O, əsl kampaniya adamı idi. Dostuma qarşı da olduqca nəzakətli idi, ona şərait yaratdı ki, özünü söhbətin tam iştirakçısı kimi hiss etsin. Düşünürəm ki, belə davranış bu insanı mükəmməl xarakterizə edir”, – Cerrard “Anfield Wrap” YouTube kanalına verdiyi müsahibədə deyib.
Qeyd edək ki, 2022-ci ilin mayında Cerrard “Aston Villa”nın baş məşqçisi olub, Kloppla görüşdən 5 ay sonra qovulub. Kloppa gəlincə, mayın 28-də sözügedən finalda onun “Liverpul”u “Real”a 0:1 hesabı ilə uduzub. Yeganə qolu Vinisius Junior 59-cu dəqiqədə vurdu.
Aut.az