Bir saat ərzində 1 milyon uduzdu, ağladı – VİDEO
PSJ-nin hücumçusu Neymar onlayn mərc saytlarından birində külli miqdarda pul itirib.
Aut.az xəbər verir ki, bu barədə “Yahoo Sports” məlumat yayıb. Futbolçu sosial şəbəkədəki səhifəsində matçı canlı yayımlayıb. Bir saatdan az müddətdə braziliyalı 1 milyon avro itirib. Bundan sonra zarafat kimi “Titanik” filmindəki mahnını təsiri altında necə ağladığını təsvir edib.
“Mən necə ədalətli oynamaq haqqında YouTube kanalı yaradacam (gülür). Heç kim bunu etməyib (1 milyon avro uduzmayıb)”, – deyə hücumçu zarafat edib.
Axın bitdikdən az sonra Neymarın “Twitter” səhifəsi sındırılıb. Təcavüzkar dörd yazı yerləşdirməyi bacarıb, bundan sonra oyunçunun hesabına giriş bağlanıb və dərc edilmiş yazılar silinib.
