Azərbaycan futbolu

“Qarabağ” – “Qalatasaray”: 5 saata bu qədər bilet satıldı

“Qarabağ” – “Qalatasaray” oyununun biletləri bu gün satışa çıxarılıb.

Aut.az xəbər verir ki, ilk beş saatda 40 mindən çox bilet satılıb. Bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.