KDÇ-2025-in 9 iştirakçısı
32 komandanın iştirakı ilə keçiriləcək yeni klublararası dünya çempionatının formatını təsdiqlənib.
Aut.az xəbər verir ki, yeni formatda turnirin ilk püşkatma mərasimi 2025-ci ilin yayında keçiriləcək və hər 4 ildən bir keçiriləcək.
KDÇ-2025-ə turnirdən əvvəlki dörd mövsümdə öz konfederasiyalarının (Avropa, Asiya, Afrika, KONKAKAF və KONMEBOL) əsas kubok yarışlarının qalibləri, həmçinin dörd ilin yekunlarına görə Okeaniyadan bir komanda birbaşa vəsiqə qazanacaq.
KDÇ-2025-in 32 iştirakçısından 9-u artıq məlumdur:
“Çelsi” (İngiltərə) – UEFA Çempionlar Liqasının qalibi -2020/21;
“Real” (İspaniya) – UEFA Çempionlar Liqasının qalibi – 2021/22;
“Palmeyras” (Braziliya) – Libertadores Kubokunun qalibi – 2021;
“Flamenqo” (Braziliya) – Libertadores Kubokunun qalibi – 2022;
“Əl-Əhli” (Misir) – CAF Çempionlar Liqasının qalibi – 2020/21;
“Vidad Kasablanka” (Mərakeş) – CAF Çempionlar Liqasının qalibi – 2021/22;
“Monterrey” (Meksika) – KONKAKAF Çempionlar Liqasının qalibi – 2021;
“Sietl Saunders” (ABŞ) – KONKAKAF Çempionlar Liqasının qalibi – 2022;
“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) AFC Çempionlar Liqası – 2021-in qalibi.
Aut.az
