Bir gecədə xarabazarlığa çevrilən şəhər – FOTO/VİDEO
“Napoli” tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalında oynayacaq.
Aut.az xəbər verir ki, Luçano Spalettinin komandası 1/8 finalda “Ayntraxt”ı ümumi hesabda (2:0, 3:0) məğlub edib. Daha əvvəl heç vaxt neapollular Çempionlar Liqasında bu mərhələyə qədər irəliləyə bilməyiblər.
Ancaq neapolluların sevinci qursağında qalıb. Stadiondan kənarda – şəhərdə baş verən hadisələr onların uğurunu kölgədə qoyub. Alman azarkeşlər şəhəri əsl cəhənnəmə çeviriblər. İlk oyundan əvvəl baş verən toqquşmaya görə görə onların Neapola gəlmələri qadağan edilsə də, “Ayntraxt” azarkeşləri qadağaya əməl etmədilər. Nəticədə şəhərdə ciddi toqquşmalar baş verdi. Nəinki ətrafa, minlərlə insana böyük məbləğdə ziyan dəydi.
Qeyd edək ki, Frankfurtda “Ayntraxt” fanatları italyan azarkeşlərə hücum edib. Bundan sonra “Napoli” cavab matçı üçün qonaqlara bilet satışını qadağan edib.





