UEFA-nın gözlənilən “islahatlar”ına belə etiraz etdilər – FOTO
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Milan”la oyunu (0:0) zamanı Dortmund “Borussiya”sının azarkeşləri tribunalarda UEFA-ya qarşı çoxsaylı bannerlər açıblar.
Aut.az xəbər verir ki, etirazın əsas səbəbi UEFA-nın avrokuboklarda aparacağı islahatlarla bağlı olub.
“Futbol milyardlarla avro üçün deyil, milyonlarla insan üçündür! Oyunu geri qaytarın! – bannerlərdən birində yazılıb.
Başqa bir bannerdə “Çempionlar Liqası – Super Liqa 2.0. Çempionlar Liqasında islahatlara yox” qeyd edilib.
Bundan əlavə, azarkeşlər öz sektorlarında genişmiqyaslı pirotexniki şou nümayiş etdiriblər.
Xatırladaq ki, UEFA-nın avrokubokların formatının dəyişdirilməsi variantını nəzərdən keçirdiyi barədə daha əvvəl məlumat yayılmışdı. Avropanın nüfuzlu KİV-lərinin məlumatına görə, UEFA və Avropa Klublar Assosiasiyasının rəhbərləri üç divizionun – Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqi variantını nəzərdən keçirirlər. Bu üç divizion arasında yüksəlmə və aşağı liqaya düşmə uğrunda mübarizənin olacağı gözlənilir.

Aut.az
